Ermənistandan Avropaya 80 kq heroin aparan İran vətəndaşı Gürcüstanda saxlanılıb

Ermənistandan Avropaya 80 kq heroin aparan İran vətəndaşı Gürcüstanda saxlanılıb

Gürcüstan polisi Ermənistandan keçməklə Avropaya külli miqdarda heroin aparmağa çalışan İran vətəndaşını saxlayıb.
Aktual.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kuptadze keçirdiyi brifinqdə bildirib. O, qeyd edib ki, qurumun əməkdaşlarının Poti limanında Maliyyə Nazirliyi ilə birlikdə həyata keçirdiyi kompleks əməliyyat istintaq tədbirləri çərçivəsində 1961-ci il təvəllüdlü İran vətəndaşı B. T.-nin idarə etdiyi şübhəli yük maşınına baxış keçirilib. Axtarış zamanı yük maşınının arxa qapılarında gizlədilmiş 315 bağlamada 80 kiloqramadək heroin aşkarlanaraq dəlil kimi götürülüb.
Təhqiqat zamanı İran İslam Respublikası vətəndaşının narkotik vasitələri Ermənistan vasitəsilə Gürcüstana gətirdiyi və buradan Avropaya aparmağa çalışdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, iş üzrə 20 ilədək həbs cəzası nəzərdə tutulur.


Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR