Ermənistan prezidenti Serj Sarkisyan yeni müdafiə nazirinin təyinatı barədə sərəncam imzalayıb.
Seyran Ohanyanı bu vəzifədə Viqen Sarkisyan əvəz edəcək. O, prezident administrasiyasının rəhbəri olub.
V. Sarkisyan 1975-ci il təvəllüdlüdür. İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb. //Apa