Ermənistanın bir kəndində laboratoriya tədqiqatı ilə təsdiqlənmiş Sibir xorasına yoluxma hallarının sayı 8-dək artıb.
"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, sözügedən xəstəliyin qeydə alındığı Geğarkunik əyalətinin (Göyçə mahalı ərazisi) Geğhovit kəndinə Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssisləri ezam olunublar.
Xəbər 465 dəfə oxunub.