Ermənistan Müdafiə Nazirliyinin daha bir yüksək rütbəli hərbçisi həbs olunub.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan verib. Onun sözlərinə görə, həbs edilən hərbçi polkovnik-leytenant rütbəsi daşıyır: “Ermənistan Müdafiə Nazirliyinin hərbi polis xüsusi xidmətinin əməkdaşları tərəfindən hərbi komissarlıqlardan birinin polkovnik-leytenantı rütbəli işçisi həbs edilib”.
Ovannisyan hadisə ilə bağlı təfərrüatlar daha sonra təqdim olunacağını bildirib.
Qeyd edək ki, 4 günlük müharibədən sonra Ermənistan Müdafiə Nazirliyində işdən azad olunmalar və yüksək rütbəli hərbçilərin həbsi adət halını alıb. Vəzifədən xaric edilənlər və həbs olunanlar arasında generallar da yer alır.