Ermənistanda kütləvi zəhərlənmə

Ermənistanda kütləvi zəhərlənmə
  • DÜNYA

Ermənistanın Şirak vilayətinin Dzitankov kəndinin 28 sakini içməli sudan mədə-bağırsaq infeksiyasına yoluxub.

Report xəbər verir ki, bunu Dzitankov kəndinin administrasiyasının rəhbəri Ovik Poqosyan bildirib.

Onun sözlərinə görə, infeksiya kənddəki içməli su sistemindən yayılıb:

"İnfeksiya qonşu kəndlərdə, o cümlədən, Araqatsot vilayətinin yaşayış məntəqələrində və digər yerlərdə də yayılıb".

Ölkənin Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, laboratoriyada aparılan analizlərin nəticələrinə görə Araqatsyutun vilayətinin bir neçə yaşayış məntəqəsində, o cümlədən, Dzitankov kəndinin sakinləri arasında dizenteriya aşkarlanıb.

Nazirlik baş verən hadisə ilə bağlı "Ermənistan su kanalı" təşkilatına suya nəzarətin artırılması üçün müraciət edib.

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR