Ermənistanda daha 180 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.
Aktual.az "Report”a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 3 718-ə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 48-ə çatıb. Yeni ölən şəxs 65 yaşlı kişidir. Onun heç bir xroniki xəstəliyi olmayıb.
Bildirilib ki, ölkədə indiyədək 1 500 nəfər bu infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 149 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 292 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 340 dəfə oxunub.