Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda daha 24 nəfərə koronavirus diaqnozu qoyulub.
"Report” "News.am”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Beləliklə, Ermənistanda koronavirus daşıyıcılarının sayı 160-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 278 557-ə çatıb. Bunların 92 906 nəfəri sağalıb, 11 554 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Xəbər 557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR