Ermənistanda konstitusiya referendumu keçiriləcək

Ermənistanda konstitusiya referendumu keçiriləcək
  • DÜNYA

Sarkisyan fərman imzalayıb.

Ermənistan prezidenti Serj Sarkisyan ölkədə konstitusiya referendumu keçirilməsi barədə fərman imzalayıb.

Bu barədə Aktual.az Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Ermənistan parlamenti ölkənin parlament idarəetmə sisteminə keçidini səs çoxluğu ilə dəstəkləyib.

Layihəyə əsasən, Ermənistan prezidenti bundan sonra 7 il müddətinə (hal-hazırda bu müddət 5 ildir) və deputat və yerli hakimiyyət orqanlarının nümayəndələri tərəfindən seçiləcək (hal-hazırda xalq tərəfindən seçilir).

Ermənistan prezidenti heç bir partiyanın üzvü ola bilməz və bir dəfədən çox seçilə bilməz.

Aktual.az

Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR