Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı durmadan artır

Ermənistanda
  • DÜNYA

İrəvanın "Surb Actvaçamay" tibb mərkəzində "donuz qripi"ndən növbəti ölum faktı qeydə alınıb.

Aktual.az AzVision.az-a istinadən verdiyi xəbərə görə, faktı tibb mərkəzi təsdiq edib. Belə ki, Sünik vilayətinin Vaqatun kəndindən gətirilən 10 aylıq Nelli Ovsepyan həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

Bununla, Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı 8-ə çatıb.

Eyni zamanda Ermənistanda virusa 170 nəfərin yoluxduğu təsdiqlənib. Bundan öncə Ermənistan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Anait Aytayan bildirib ki, ölkə xəstəxanalarda müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşdirilib.

Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR