Yanvarın 14-də Ermənistanda daha bir nəfər H1N1 virusundan (“donuz qripi”) ölüb.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, virusdan növbəti ölüm halı “Erebuni” xəstəxanasında qeydə alınıb. Burada H1N1 virusundan müalicə alan 57 yaşlı Astxik Manvenyan ölüb. Xəstəxananın mətbuat katibi Şuşan Unanyan bildirib ki, ölən qadın həm də şəkər diabeti xəstəliyindən əziyyət çəkib.
Bununla Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı 11-ə çatıb.