Ölkədə təhlükəli virus sürətlə yayılır.
Aktual.az oxu.aza istinadən bildirir ki, Ermənistanda H1N1 virusundan (donuz qripi) ölənlərin sayı 13-ə çatıb.
Ölkənin Səhiyyə nazirliyini məlumatına əsasən, yanvarın 13-də xəstəxanaya ağır vəziyyətdə daha 2 nəfər çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Bununla belə, Ermənistan Səhiyyə nazirliyinin bildirdiyinə görə, ölkədə epidemiya müşahidə olunmur və vəziyyət nəzarət altındadır.
Aktual.az