Bu gün İrəvanda Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib.
ANS TV-nin Ermənistan kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, aksiyada 100 nəfər iştirak edib.
Aksiya “Hər əsgər - mənim oğlumdur!”, “Qətllərin ədalətli istintaqını tələb edirik!”, “Əsgəri qorumaq lazımdır!”, “Ordu - ətçəkən” şüarları ilə keçirilib. İştirakçılar qeyri-müharibə şəraitində ölmüş əsgərlərin analarına qarşı polislərin güc tətbiq etməsini pisləyiblər.
Nümayişçilər xüsusi istintaq komitəsini zor tətbiq etmiş polisləri məsuliyyətə cəlb etməyə çağırıblar və hökümətə qarşı şüarlar səsləndiriblər.
Aktual.az