Ermənistanda baş verən iğtişaşlardan sonra 165 nəfər saxlanılıb.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, dünən axşam saatlarında etirazçılar binanın yaxınlığında post-patrul xidməti alayının mühasirəsini yarmağa cəhd ediblər. Polis tüstü buraxan şaşka tətbiq edib və kütləni dayandırıb. Toqquşmalarda təxminən 60 nəfər xəsarət alıb.
Xatırladaq ki, Yerevan polisinin post-patrul xidməti alayının binası iyulun 17-dən silahlı şəxslər tərəfindən tutulub. Onlar ölkə prezidenti Serj Sarkisyanın istefa verməsini və İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın həbsdən azad olunmasını tələb edirlər.
İyulun 27-dən etibarən isə onlar həkim briqadasını girov saxlayırlar. Polisin mühasirəyə götürdüyün bölgədə davamlı olaraq etiraz aksiyaları keçirilir.