Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı 13-ə çatıb.
Aktual.az-ın AzVision.az-a istinadən verdiyi xəbərə görə, qripdən ötən gün ərzində iki qadın ölüb. Onların həkimə gec müraciət etdiyi və qeydiyyata alındığı zaman vəziyyətlərinin ağır olduğu bildirilib.
Məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi təsdiqləyib.