Ermənistana qazın verilişi dayandırılacaq

Ermənistana qazın verilişi dayandırılacaq
  • DÜNYA

Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Ermənistana qaz təchizatı müvəqqəti dayandırılacaq.
Aktual.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Qazprom Armeniya” şirkəti məlumat yayıb.
"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq. Bununla əlaqədar, avqustun 22-də saat 06:00-dan etibarən təchizat bir gün müddətinə dayandırılacaq", - şirkətdən bildirilib.
Qeyd edilib ki, həmin müddət ərzində respublikanın istehlakçıları daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına qazla təmin ediləcək.

Xəbər 145 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR