Ermənistana qanunsuz keçmək istəyən İsmayıl itkin düşdü

Ermənistana qanunsuz keçmək istəyən İsmayıl itkin düşdü

Türkiyə-Ermənistan sərhədinin İğdır hissəsində qanunsuz yolla sərhədi keçməyə cəhd edən dörd gəncdən biri – 28 yaşlı İsmayıl Adır itkin düşüb.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, gəncin dostları hadisə barədə müvafiq qurumlara məlumat verdikdən sonra əraziyə Türkiyə jandarması və Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) əməkdaşları göndərilib.
Hazırda gəncin tapılması üçün axtarış-xilasetmə işləri aparılır.
Erməni mətbuatının iddiasına görə, Adır sərhədi keçən zaman Araz çayına düşüb.
Xəbər 204 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR