Ermənistan yenə də Kür çayını çirkləndirir

Ermənistan yenə də Kür çayını çirkləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının üçüncü ongünlüyü üçün aparılan monitorinqın nəticələri açıqlanıb.

 Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən  bildirilib.

Belə ki, monitorinqin nəticələrinə görə, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

“Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4,4, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3,9 dəfə yol verilən qatılıq həddini keçib.

Fenolların Araz çayı üzrə Horadizdə 3,2, Birinci Şahsevəndə 3, Bəhramtəpədə isə 2,9 dəfə yol verilən qatılıq həddini keçdiyi qeydə alınıb. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib” , - deyə nazirlikdən qeyd edilib.

Bundan başqa, nazirlikdən verilən məlumata görə, suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi müəyyən edilib.

Xəbər 586 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR