Ermənistan yaralı hərbçilərin müalicəsinə pul xərcləmək istəmir

Ermənistan yaralı hərbçilərin müalicəsinə pul xərcləmək istəmir

Ermənistanın Müdafiə Nazirliyi aprel döyüşlərində yaralanan əsgərlərin müalicəsi üçün maddi yardım göstərməkdən boyun qaçırır.

Aktual.az azvision.az-a istinadən bildirir ki, müddətdən artıq hərbi ximətdə (MAXE) olan və aprel ayının əvvəlində cəbhədə baş verən döyüşdə ağır yaralanan Ruben Arakelyan imkansızlıqdan müalicəsini davam etdirə bilmir.

Aprel döyüşlərində yaralanan Rubenin müalicəsini Müdafiə Nazirliyi öz üzərinə götürsə də, sonradan müxtəlif bəhanələr gətirərək boyun qaçırıb.

Qeyd olunub ki, hazırda Ruben yalnız başını tərpədə bilir. Həkimlər isə bildiriblər ki, onun yenidən əməliyyat olunması üçün bədəninin tam hərəkət etdirməsi vacibdir.

Hərbçinin qohumu Narine Tumanyan deyib ki , R. Arakelyanın müalicəsi ancaq xaricdə mümkündür:

"O, hazırda Müdafiə Nazirliyinin hospitalındadır. Amma həkimlərimiz onu müalicə edə bilmirlər. Pul da yoxdur ki, xaricə göndərək. Nazirlik söz versə də, bir xəbər yoxdur. Kömək üçün dini liderimizə məktub yazmışıq. Görək nə qədər pul yığılacaq".

Xəbərdə qeyd olunub ki, artıq MAXE-nin müalicəsi üçün bankların birində hesab açılıb.

Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR