İranla Ermənistan arasında viza rejiminin ləğv edilməsi haqda saziş imzalanacaq.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, bu məsələ ilə bağlı sənədin layihəsi Ermənistan hökumətinin iyunun 2-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.
Məlumatda qeyd olunur ki, razılaşma həm də iki ölkə arasında gələcəkdə iqtisadi, ticarət və başqa əlaqələrin güclənməsi və tənzimlənməsinə xidmət edəcək.