“Ermənistan vaxtı uzadaraq problemin həllindən yayınır” - Baş nazir

“Ermənistan vaxtı uzadaraq problemin həllindən yayınır”   - Baş nazir

"Ermənistan tərəfi vaxtı uzadaraq Dağlıq Qarabağ probleminin həllindən yayınır, beynəlxalq qurumlar isə ədalətsiz mövqe tutur".

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatı təqdim edən baş nazirArtur Rasizadə deyib. Baş nazir bildirib ki, bütün bunlar nəzərə alınaraq, ötən il ordunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində ciddi işlər görülüb: “Son zamanlar işğalçı tərəfin təxribat xarakterli hücumlarına verilən layiqli cavablar da bunu bir daha sübut edir”. A. Rasizadə bildirib ki, ötən il 1500 zabit mənzillə təmin edilib, Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif mənbələrdən 70 mln. manatdan çox vəsait daxil olub. Baş nazir əlavə edib ki, ötən il ümumilikdə Silahlı Qüvvələrə 3,3 mlrd. manat vəsait xərclənib.

Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR