Ermənistan parlamenti növbədənkənar iclasında Rusiya ilə vahid Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqda müqaviləni təsdiqləyib.
Aktual.az report-a istinadən bildirir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
İnformasiyaya görə, Ermənistanın hava məkanında yaradılacaq bu sistemlə bağlı sənədin lehinə 102 deputat səs verib. Ermənistan parlamentinin 131 üzvü var.