Ermənistan qadağan olunmuş silahdan istifadə edir

Ermənistan qadağan olunmuş silahdan istifadə edir

Bu gün Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunması müəyyən edilib: “Bu da beynəlxalq konvensiyalarla qadağan olunmuş silahdır. Kifayət qədər təhlükəli xarakter daşıyır. Bu faktla əlaqədar olaraq XİN və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin hadisə yerinə səfəri təşkil olunur. Onlar yerindəcə ermənilər tərəfindən fosforlu silahın istifadəsi ilə tanış olacaqlar. ANAMA mütəxəssisləri tərəfindən də mərminin təfərrüatları izah olunacaq”.

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR