“Qarabağ zonasında sülhməramlılara ehtiyac yoxdur”.
Ermənistan Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatının (KTMT) dəstəyini almaq istəyir.
Bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahının rəisi, general-polkovnik Yuri Xaçaturov bəyan edib.
“Biz bir təhlükəsizlik sistemindəyik, hələ kömək istəmirik, lakin insani dəstək istəyərdik”, - o əlavə edib.
Bundan başqa, Baş qərargahın rəisi deyib ki, hazırda Qarabağ münaqişəsi zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyac yoxdur.\oxuaz
Aktual.az