Ermənistan Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün hələlik təsdiqlənmədiyini bildirir.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan "Armenpress"ə danışıb.
O bildirib ki, Praqada görüşün mümkünlüyü istisna edilmir.
Qeyd edək ki, bu gün Ərdoğan Praqada Avropa İttifaqının təşkil etdiyi müzakirələrdə Paşinyanla görüşə biləcəyini açıqlayıb.
Xəbər 354 dəfə oxunub.