Bu dəqiqələrdə Ermənistan Milli Məclisində müdafiə naziri Seyran Ohanyanla deputatların qapalı görüşü keçirilir.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan təmas xəttindəki vəziyyətin müzakirə edildiyi bildirilir. İclasda Müdafiə, milli təhlkükəsizlik və daxili işlər komissiyasının rəhbəri Koryun Naapetyan, “İrs” fraksiyasının deputatı Tevan Poqosyan, “ARFD” fraksiyasının rəhbəri Armen Rustamyan, “ANK” fraksiyasının rəhbəri Levon Zurabyan, Ermənistan Milli Məclisinin vitse-spikeri Eduard Şarmazanov, “RPA” fraksiyasının rəhbəri Baqram Baqdasaryan, bitərəf deputatlar Xaçatur Kokobelyan, Edmon Marukyan və başqaları iştirak edir.
Xatırladaq ki, müdafiə naziri ilə qapalı görüşün keçirilməsi barədə təklifi Levon Zurabyan və Qrant Baqratyan irəli sürüb.