Ermənistan ordusu Ağdamı atəşə tutdu – Dinc sakin yaralanıb (VİDEO)

Ermənistan ordusu Ağdamı atəşə tutdu – Dinc sakin yaralanıb  (VİDEO)

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun işğal altında olan ərazilərdən üzbəüz mövqedə yerləşən Mirəşelli kəndini bir neçə dəfə atəşə tutublar.


"Report”un Qarabağ bürosunun məlumatına görə, nəticədə Bakıdan rayona yaxınının məzarını ziyarət etməyə gedən rayonun Baş Qərvənd kənd sakini, 73 yaşlı Dilşad Allahverdiyeva qulaq nahiyəsindən bir güllə yarası alıb.

Qadın yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. D.Allahverdiyev tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Xəbər 680 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR