“Anonymous”un saytını dağıdaraq bütün dünyanın təəccübünə səbəb olan türk hakerlər bu dəfə Ermənistan Mərkəzi Bankının rəsmi internet səhifəsini dağıdıb.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə məlumat hakerlər tərəfindən yayılıb. Bildirilib ki, “Aslan Neferler Tim” adlı haker qrupu Mərkəzi bankın internet saytına girişi dayandırıblar.
Məlumat yayan qrup bu addımı azərbaycanlı qardaşlar üçün atdıqlarını bildiriblər: “Azərbaycanlı qardaşlarımız üçün Ermənistan Mərkəzi Bankının rəsmi internet saytına girişin qarşısını aldıq”.
Qrupun paylaşdığı fotonun üstündə isə “Mövcudluğumuz dosta etimad, düşmənə qorxu salır” - yazılıb.