Ermənistan Macarıstanla saziş imzalayacaq

Ermənistan Macarıstanla saziş imzalayacaq
  • DÜNYA

Ermənistan Macarıstanla iqtisadi əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşır.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, sənəd ticarət, əczaçılıq, turizm, nəqliyyat və digər sənaye sahələrində ikitərəfli əlaqələrin inkişafına yönəlib. İqtisadi məsələlər üzrə birgə komissiyanın yaradılması da nəzərdə tutulub.
Qeyd olunur ki, İqtisadiyyat Nazirliyinin sazişin imzalanması ilə bağlı təklifi Ermənistan hökumətinin iclasında bəyənilib.
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR