Ermənistan KTMT daxilində fəaliyyətini dayandırıb, bu da İrəvanın siyasi rəhbərliyinin təşkilatla bağlı hazırkı mövqeyini əks etdirir.
Aktual.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov deyib.
"Bu, müstəqil və suveren bir dövlətin qərarıdır və heç bir başqa dövlət və ya təşkilat buna təsir edə bilməz. Ermənistan bizim müttəfiqimiz olub və belə də qalır. Ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tamhüquqlu iştirakına qayıdacaq. Bunun üçün bütün şərtlər və ilkin şərtlər mövcuddur: biz Ermənistan xalqının Avrasiyada ortaq təhlükəsizlik məkanı yaratmaqda maraqlı olduğunu düşünürük. Bundan əlavə, noyabr ayında Ermənistan Xarici İşlər Nazirliyi respublikanın KTMT-dən çıxması məsələsinin müzakirə mövzusu olmadığı barədə bəyanat da verib”, - o bildirib.
Xəbər 59 dəfə oxunub.