Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək "Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirakdan imtina edib.
Aktual.az Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
"Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb", - məlumatda bildirilib.
Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək "Kobalt-2024” təlimlərində də iştirakdan imtina edib.
Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxacağını açıqlasa da, bununla bağlı konkret tarix göstərməyib.
Xəbər 149 dəfə oxunub.