"Ermənistan işğalçılıqdan əl çəkməlidir” Əli Babacan


“Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi keçən il 5 milyard dollar səviyyəsində olub.

Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr mövcuddur. Bakı-Tbilisi-Ceyhan əsas boru xətti və Bakı-Tbilisi- Ərzurum təbii qaz xətti artıq fəaliyyətdədir. TANAP və TAP layihələri də önəmli işbirliyinin təməlidir”.

Bunu Türkiyə baş nazirinin müavini Əli Babacan “B-20” Azərbaycan Regional Məsləhətləşmə Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın Cənubi Qafqaz bölgəsində strateji əhəmiyyəti daha da artıb: “Azərbaycan bölgədə güc sahibidir. Biz bu potensialdan istifadə etməsi üçün hər zaman Azərbaycanın yanındayıq”.

Ə. Babacan qeyd edib ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində bütün layihələrdən kənarda qalır: “ATƏT-in Minsk Qrupu 20 ildir fəaliyyətini davam etdirsə də, nəticəsi olmayıb. Ermənistan normal iqtisadiyyat qurmaq istəyirsə, işğalçılıqdan əl çəkməlidir”.

Qonaq Bakıya hər dəfə səfər edərkən şəhərin dəyişdiyini gördüyünü söyləyib: “Biz buna sevinirik. Bakı artıq beynəlxalq şəhərə çevrilib. Keçən həftə Bakıda III Qlobal Forum keçirilib. İyunda 6 min idmançının qatılacağı Avropa Oyunlarına ev sahibliyi edəcək. Bütün bu inkişafı biz də yaxından izləməkdəyik. Azərbaycan böyüməyə davam edir və gələcək illərdə də inkişafın davam edəcəyinə əminik”.(Apa)

Aktual.az

Xəbər 630 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR