Dövlət sərhədində mövqelərimiz atəşə tutulub.
Bu barədə Aktual.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.
Xəbər 1480 dəfə oxunub.