Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi Gürcüstandan ət və ət məhsullarının idxalına qadağa qoyub.
Aktual.az xəbər verir ki, buna səbəb Ermənistanın Armavir vilayətində iki nəfərdə “Qara yara” xəstəliyinin qeydə alınması olub. Nazirliyin yaydığı məlumatda deyilir ki, bu günədək ölkədə heyvanlar arasında “Qara yara” xəstəliyi qeydə alınmayıb. Həmin şəxslər isə bu xəstəliyə məhz Gürcüstandan gətirilən ət məhsullarından yoluxublar.
Ermənistanın Gürcüstanla sərhədində yerləşən Baqrataşen, Bavra və Qoqovani sərhəd keçid məntəqələrində xüsusi nəzarət qaydaları tətbiq olunur.
Gürcüstandan ət məhsullarının idxalına qadağanın avqustun 19-dək davam edəcəyi bildirilir. Müddətin uzadılacağı da istisna edilmir. (azertac)