Bəzi postsovet ölkələri Rusiyadan nəsə almaq, amma əvəzində heç nə vermək istəmirlər.
Aktual.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Biz (Belarus və Rusiya - red.) əslində eyni qayıqdayıq. Çevrilsə, Rusiya da, Belarus da batar. Niyə gizlədək ? Biz bəzi postsovet dövlətləri kimi nala- mıxa vurmuruq: onlar istəyirlər Rusiyadan nəsə alsınlar, amma əvəzində heç nə verməsinlər”.
Onun sözlərinə görə, keçmiş Sovet ölkələri problem olan kimi yardım üçün Rusiyaya üz tutub:
"Gəlin, birlikdə olaq. Həmin Rusiyaya gəlib, dəstək, kömək istəyəcəyiniz vaxt uzaqda deyil. Başqa kim var ki? Qazaxıstanda nəsə oldu - kimdən dəstək istədilər? Çin, Hindistan, Pakistan? Yox, Putinə üz tutdular. Və biz (KTMT - red.) qüvvələrimizi yerləşdirdik, günorta saatlarında təyyarələrimiz ora endi, sakitləşdirdik (2022-ci ilin yanvarında baş verən iğtişaşlar - red.) Bunu məzəmmət üçün demirəm. Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və nələri varsa ona diqqətlərini yönəltsinlər. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq”.
Xəbər 166 dəfə oxunub.