"Ermənistan da, onun rəhbəri Paşinyan da gec-tez anlayacaq ki, bölgədə sabitliyi təmin etməyin yeganə yolu sülh müqaviləsini imzalamaq, eyni zamanda üçtərəfli bəyanatlarda nəzərdə tutulan öhdəlikləri icra etməkdir. İmitasiya, zaman uzatmaq, təxribatlar törətmək, mənasız təlimlər keçirmək onlara heç nə verməyəcək. İtirə-itirə gedəcəklər. Quyunun daha da dibinə enəcəklər. Üstəlik, nə indiki nə də sonrakı mərhələdə kimsə ermənini qoruya bilməz. Çünki Azərbaycanın "dəmir yumruq”u yerindədir. Güclü olan və qalib gələn tərəf Azərbaycandır. Ermənistan da məlum reallıqla barışmalı, ağlını başına yığmalı, sülh müqaviləsini imzalamalıdır” – Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Paşinyan nə keçirdiyi görüşlərə, nə də qarşıladığı qonaqlara güvənməsin. Ədalət, haqq Azərbaycanın tərəfindədir. Yəni, güclü də olan bizik, haqlı da olan. Bundan sonra sabitliyin bərqərar olma prosesinə Ermənistan əngəl olmaq istəsə onsuzda düçar olduğu fiaskonun daha da dərinliyinə enəcək, daha da batacaq, daha da rəzil günə qalacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 349 dəfə oxunub.