“Ermənistan beynəlxalq çağırışlara məhəl qoymur” - Nazir

“Ermənistan beynəlxalq çağırışlara məhəl qoymur”   - Nazir

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində "status-kvo"nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir”.

Aktual.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Viseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündəki çıxışında deyib. 

“Bu ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində törədilən son təxribat aktları münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olub. Biz həmişə aydın şəkildə bildirmişik ki, Azərbaycanın işğal olunan Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda Ermənistan silahlı qüvvələrinin davam edən mövcudluğu qeyri-sabitliyin və təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir”-deyə Nazir bildirib.

Nazir qeyd edib ki, radikallaşma, ektremizm və terrorizm kimi artan hədələr Avropa və onun tərəfdaşlarının sabitlik və təhlükəsizliyinə təhdid törədir: “Bu hədələr yalnız insanların həyatını deyil, həm də dinc birgə yaşamanı təmin edən əsas universal dəyərləri hədəfə alır. Multikulturalizm və müxtəliflik müasir birgə problemlərə qalib gəlmək üçün geniş şəkildə təşviq edilməlidir. Azərbaycan öz multikultural cəmiyyəti ilə bu baxımdan öz təcrübəsini bölüşməyə hazırdır. Yeri gəlmişkən, biz Aİ-nin xarici fəaliyyətindəki Mədəniyyət Strategiyasına bu sahədə bizim təcrübi fəaliyyətlərimizin modallıqlarını müəyyən etməkdə alət kimi baxırıq”.

Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR