Ermənistan Azərbaycanın Göy məscidini İrana verdi

Ermənistan Azərbaycanın Göy məscidini İrana verdi
  • DÜNYA

Ermənistan hökumətinin bu gün qəbul etdiyi qərara əsasən İrəvanda Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Göy Məscid (1766-cı il) və onun ətrafında olan torpaq sahəsi Ermənistan Respublikasının mülkiyyəti elan olunub və Mədəniyyət Nazirliyinin səlahiyyətinə verilib.

Bu barədə  Aktual.az AzVision.az-a  istinadən xəbər verir. 

Abidə özəlləşdirilməsi qadağan olunan tarixi və mədəni daşınmaz abidələr üzrə dövlət reystrinə daxil ediləcək. Dövlət reystrindən keçdikdən sonra Ermənistan və İranın bu ölkədəki səfirliyi arasında müqavilə imzalanacaq və sənədə əsasən abidənin hüquqları 99 illiyinə İran İslam Respublikasına keçəcək. 

Məscid binası mədəniyyət mərkəzi kimi istifadə ediləcək. 

Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR