Ermənistan AŞPA-nı boykot edir - Azərbaycana görə

Ermənistan AŞPA-nı boykot edir   - Azərbaycana görə
  • DÜNYA

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabatı neytrallaşdırmaq məqsədilə avropalı həmkarları ilə danışıqlar aparır.

Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə “Aykakan Jamanak” qəzeti diplomatik dairələrdəki mənbələrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Ermənistan sözügedən hesabata görə AŞPA-nın qış sessiyasından imtina etmək niyyətindədir.

“AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılacaq hesabatı tamamilə neytrallaşdırmaq mümkün deyil. Hesabatda bəzi nüanslar var ki, Ermənistan XİN-i onu yumşaltmağa çalışılır. Bu, o qədər də asan məsələ deyil. Çünki təxminən 10 gün əvvəl erməni nümayəndə heyətinin bütün səylərinə baxmayaraq, hesabat AŞPA-nın siyasi komitəsində qəbul olunub. Bizdə olan məlumatlara görə, Ermənistan rəhbərliyi yanvar ayına qədər hər hansı pozitiv irəliləyiş baş verməyəcəyi təqdirdə, AŞPA-nın qış sessiyasının boykot edilməsi məsələsini müzakirə edəcək”, - deyə qəzet yazır.

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR