Ermənistan qəsdən və ya səhvən Araz çayının yuxarı hissəsində yerləşən mədənlərin çirkli sularını və tullantılarını Araz çayına axıdaraq ekoloji problem yaradır.
Aktual.az xəbər verir ki, bunu Şərqi Azərbaycan əyalətinin Mülki Müdafiə Mərkəzinin başçısı Məhəmməd Beygi deyib.
Qeyd edək ki, bundan əvvəl İran parlamentinin üzvü Süməyyə Rəfiyi Ermənistanın Araz çayını çirkləndirməsinin təhlükəli səviyyəyə çatdığını bildirmiş və İran Xarici İşlər Nazirliyi, İranın Ermənistandakı səfirindən bununla bağlı qəti addımlar atmağı istəmişdi.
Xəbər 345 dəfə oxunub.