Hazırda Hindistan Ermənistanın "Pralay” raketlərinin tədarükü ilə bağlı müraciətinə baxır.
Aktual.az xəbər verir ki, bu barədə "İndian Defense Research Ving” nəşri yazıb.
"İyun ayından Ermənistan "Pralay” raketlərinin tədarükü ilə bağlı Hindistana müraciət edib. Lakin Raket Texnologiyalarına Nəzarət Rejiminin üzvü olduğu üçün Hindistan 300 km və ya daha çox mənzilli və faydalı yükü 500 kq və ya daha çox olan raketlərin ixracına nəzarət etməlidir. Bu baxımdan, Dehli "Pralay” raketini Ermənistana uyğunlaşdıraraq, onun uçuş məsafəsini azaltmalıdır. Hindistan Ermənistanın "Pralay”ın tədarükü ilə bağlı tələbini qəbul etsə də, saziş hələ bağlanmayıb. Bununla belə, sövdələşmə tezliklə bağlana bilər, çünki Hindistanın təminatları sürətli razılaşmanın mümkünlüyünə işarə edir”, - nəşr yazır.
Qeyd edək ki, "Pralay” kvazi ballistik, qatı yanacaqla işləyən "yer-yer” raketdir. 500 km mənzilə sahibdir.
Xəbər 135 dəfə oxunub.