Erməninin belini yerə vuran idmançımız...

Erməninin belini yerə vuran idmançımız...
  • İDMAN

Bu gün Türkiyənin İstanbul şəhərində taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinin növbəti görüşləri keçirilib.
 
Aktual.az-ın Apasport.az saytına istinadən verdiyi məlumatına görə, yarışın ikinci günü də Azərbaycan yığması üçün uğurlu alınıb.
 
Belə ki, idmançılarımız bu turnirdə artıq 3-cü lisenziyanı da qazanıb. 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani Fəridə Əzizova və Patimat Abakarovanın uğurunu təkrarlayıb.
 
O da, digər idmançılarımız kimi finala çıxaraq, “Braziliya bileti”ni əldə edib. İlk döyüşdə latviyalı Yanus Kauneni (16:0) məğlub edən Milad, daha sonra erməni idmançı Arman Yeremyanı darmadağın edib – 11:1. Yarımfinalda ev sahibi Yunus Sarını da böyük hesabla (10:1) mübarizədən kənarlaşdıran Harçeqani finala adlayıb.
 
Bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 32-ə çatıb. Ondan öncə taekvondoçularımızdan Patimat Abakarova, Fəridə Əzizova, Radik İsayev, həmçinin Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.
 
Aktual.az
Xəbər 1966 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR