Ermənistan silahlı qüvvələrinin aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində fərdi təsərrüfatlara dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində aparılan işlər davam etdirilir.
Aktual.az Eltv.az-a istinadən xəbər verir ki, ziyan dəyən bütün təsərrüfatlara baxış keçirilir. Nəticələrin yaxın günlərdə açıqlanacağı bildirilir. “Gəldi toplar düşdü bizim yaşadığımız əraziyə. Evimi dağıtdı, içəridəki ərzaqlarımızı dağıtdı. Burdan pəncərədən televizorumuzu qırdı. Evimizi dağıtdı, tövləmizi dağıdıb. 4-5 malımızı yaraladı qəlpələr dəydi. Qoyunumu, keçimi, atımı” deyə məcburi köçkün Soltan İbrahimov bildirib.