Ermənilərin Vardanyanla bağlı şok planı...

Ermənilərin Vardanyanla bağlı şok planı...

Erməni diasporu Bakıda həbsdə olan separatçı biznesmen Ruben Vardanyanın azad edilməsi üçün beynəlxalq kampaniyaya başlamaq niyyətindədir.
Aktual.az  xəbər verir ki, ermənilər Bakıda həbsdə olan separatçıların işinin məhkəməyə göndəriləcəyinə ümid edirmiş. Onların planına görə, separatçıların işi məhkəməyə gedərsə, Bakıya qarşı beynəlxalq təzyiq kampaniyası təşkil edərək, separatçıların azad edilməsinə nail ola bilərlər. Lakin bununla bağlı ümidləri ölüb.
"Hraparak” nəşri iddia edir ki, Vardanyan və digər separatçıların saxlanma müddəti uzadılacaq və məhkəmə prosesinin başlanması vaxt alacaq. Nəşrin iddiasına görə, noyabrda Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində Azərbaycan belə məhkəmələrin keçirilməsini istəmir.
Erməni diasporu və lobbisi isə separatçı biznesmeni azad etməsi üçün Azərbaycana təzyiq etmək məqsədilə COP29 ərəfəsində Vardanyanla bağlı beynəlxalq kampaniyanı gücləndirməyi planlaşdırır.
Xəbər 712 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR