Ermənilərin təhvil verilməsinə AB-dən reaksiya

Ermənilərin təhvil verilməsinə AB-dən reaksiya
  • DÜNYA

Avropa Birliyi (AB) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.
Aktual.az xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper X hesabında yazıb.
"Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. AB iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, - o qeyd edib.
Bundan başqa, AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR