"Heç vaxt Azərbaycan xalqı və dövləti torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək".
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Dövlət başçısı Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev ölkədə ordu quruculuğu prosesinin uğurla getdiyini bildirib, iqtisadiyyatın şaxələndirildiyini, islahatlıarın aparıldığını deyib.