21 il bundan əvvəl Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs protokolu barədə erməni mediası şok etiraf edib.
Ermənistanın "Hayele" qəzeti dünən dərc etdiyi məqalədə atəşkəs sazişindən Azərbaycanın maksimum yararlandığını yazıb.
"Kövrək atəşkəs" başlıqlı məqalədə deyilir ki, 1994-cü ildə hərbi baxımdan Ermənistana uduzan Azərbaycan 21 il sonra çox güclənib: "Azərbaycanın hərbi büdcəsi dəfələrlə artırılıb. Azərbaycan hərbi potensialına güvənərək Qarabağ münaqişəsini istənilən vaxt xeyrinə həll edə bilər. Rəsmi Bakının dediyi kimi, Cənubi Qafqazın ən güclü ordusu Azərbaycana məxsusdur".
Qəzet son vaxtlar cəbhə xəttində baş verənlərin təhlükəli məcraya yönəldiyindən narahatlıq ifadə edərək bildirib ki, Azərbaycan ordusunun güclənməsi fonunda indi ermənilər uduzmaqdadırlar.
Erməni nəşri Azərbaycan ordusunun güclənməsində Rusiyanın satdığı silahların önəmli rol oynadığını qeyd edərək Kremlin strateji müttəfiqinə (Ermənistan-red) xəyanət etdiyini də vurğulayıb.(ANS PRESS)
Aktual.az