Ermənilər sularımıza zəhər qatırlar - Monitorinqlərin nəticələri

Ermənilər sularımıza zəhər qatırlar   - Monitorinqlərin nəticələri

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (iyun ayının II ongünlüyü üçün) açıqlanıb.

Aktual.az Virtualaz.org-a istinadən xəbər verir ki, iyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının I ongünlüyünə nisbətən 197 m3/san artaraq 527 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.8, Ağstafaçayda 3.2, Ağstafaçay su anbarında isə 3.3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

İyun ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.9, I Şahsevəndə 2.7, Bəhramtəpədə isə 2.8 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.47-7.05 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR