Ermənilər Qazaxda yaşayış evlərini və mülki avtomobilləri atəşə tutub

Ermənilər Qazaxda yaşayış evlərini və mülki avtomobilləri atəşə tutub

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mayın 13-də saat 12:00-dan başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntə­qələ­rimiz, həmin istiqamətdə avtomobil yolu ilə hə­rə­kət edən hərbi və mülki nəqliyyat vasitə­ləri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerlə­şən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmə­ləri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin damına zərər dəyib.
Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.
Xəbər 828 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR