Separatçı Dağlıq Qarabağ rejiminin hərbi qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərində təlimlər keçirir.
Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə separatçı rejimin mətbuat xidmətinin məlumatında deyilir.
Təlimlərdə məqsəd silahlı qüvvələrin idarəetmə sistemlərinin, komandirlər və qərargahların təcrübi bacarıqlarının, onların hazırlıq səviyyəsinin, taktiki-professional imkanlarının və mənəvi-psixoloji hazırlıq səviyyəsinin təkmilləşdirilməsidir.