Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yeni yol çəkilişini davam etdirirlər.
Ermənistan KİV-nin yaydığı məlumata görə, Gorus-Xankəndi və Vardenis-Ağdərə yolundan sonra bu dəfə Ermənistanın Qeqarkunik vilayətinin Norabak kəndindən Zod aşırımından keçməklə Kəlbəcər rayonunun mərkəzinə yol çəkilir.
Yeni yolun ümumi uzunluğu 25,5 kilometr olacaq. Tikinti işlərinin 2020-ci ilin ortalarında başa çatması gözlənilir. Xatırladaq ki, işğalçı ölkə rəhbərliyi Ermənistanın Qafan rayonundan Xocavəndə 4-cü yolun çəkiləcəyini də elan edib. /Modern.az